Dünyanın ən sağlam əhaliyə malik ölkələri açıqlandı

Dünyanın ən sağlam əhaliyə malik ölkələri açıqlandı
  • Maraqlı

  • “Bloomberg” agentliyi əhalinin sağlamlıq səviyyəsinə görə dünya ölkələrinin reytinqini hazırlayıb.

    Siyahıya ötən illə müqayisədə, beş pillə irəliləmiş İspaniya başçılıq edir. Ardınca 2018-ci ilin lideri İtaliya gəlir.

    Asiya.az-ın məlumatına görə ilk onluğa İslandiya, Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail kimi ölkələr daxil edilib. Reytinq cədvəli tərtib olunan zaman Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin əhali bölməsinin və Ümumdünya Bankının statistik məlumatları təhlil olunub.

    Araşdırmada müxtəlif risk və faktorlar, o cümlədən, həyat davamlılığı, sanitar və ekoloji şərait, insanlar üçün yaradılan tibbi şərait, içməli suyun təmizlik səviyyəsi, siqaret çəkən və çəkməyən insanların nisbəti, həmçinin, artıq çəkidən əziyyət çəkən insanların sayı nəzərə alınıb
    PAYLAŞ:

    Oxşar xəbərlər