“Lotu Quli”nin adamına hökm oxundu – Azərbaycanlı biznesmeni öldürmüşdü

“Lotu Quli”nin adamına hökm oxundu – Azərbaycanlı biznesmeni öldürmüşdü
  • Hadisə

  • Sankt-Peterburqun Kuybışevski rayon məhkəməsində 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədova hökm oxunub.

    Asiya.az “Qafqazinfo”=ya istinadən xəbər verir ki, həmvətəni, sahibkar Füzuli Qarayevi öldürməkdə təqsirli bilinən M. Məmmədov 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

    İstintaq materiallarında qeyd olunur ki, həm ölən, həm də ittiham olunan şəxslər “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun silahdaşları olublar və Rusiyanın Şimal paytaxtında “çörək yeri” uğrunda mübarizə aparıblar. Belə ki, Məmmədov Peterburqda Azərbaycandan olan kiçik sahibkarlardan “vergi” toplamağa məsuliyyət daşıyıb. Lakin onu bu “vəzifə”də Qarayev əvəzləyəndən sonra tərəfdaşlar düşmənə çevriliblər. Mahir Məmmədov situasiyadan çıxmaq üçün “həmkar”ını zərərsizləşdirmək qərarına gələrək “post”unu geri qaytaracağını düşünüb.

    Xatırladaq ki, güllələnmiş Füzuli Qarayevin cəsədi ötən il aprelin 30-da “Apraksin dvor” bazarında tapılıb. Cinayətin törədildiyi an müşahidə kameralarına düşüb. Görüntülərdə kişilərin öncə mübahisə etdiyi, daha sonra onlardan birinin digərini bir neçə dəfə güllələdiyi görünür.

    Rusiyanın Cinayət Axtarış İdarəsi qətldə şübhəli bilinən şəxsi hadisənin növbəti günü “isti izlər”lə saxlayıb.

    M.Məmmədov yaşadığı mənzildə yaxalanıb. O, otaqlardan birindəki şkafda gizlənərkən ələ keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər