Kriminal avtoritet "Səddam" saxlanıldı - VİDEO

Kriminal avtoritet "Səddam" saxlanıldı - VİDEO
  • Hadisə

  • Beyləqan rayonunda "Səddam" ləqəbi ilə tanınan kriminal avtoritet saxlanılıb.

    Sakinindən narkotik tərkibli vasitə olan heroin və həşiş aşkar edilərək zərərsizləşdirilib.

    Asiya.az Report-a istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.

    Bu dəfə keçirilən axtarışlar nəticəsində kriminal aləmdə "Səddam" ləqəbi ilə bilinən Beyləqan rayon sakini Hüseyn Mustafayev saxlanılıb.

    Saxlanılan şəxsin evinə baxış keçirilən zaman orada narkotik vasitə olan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.

    H.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər