Yardımlı RİH-in başçısı Avaş kənd sakinləri ilə görüşdü - FOTO

Yardımlı RİH-in başçısı Avaş kənd sakinləri ilə görüşdü - FOTO
  • Sosial

  • Görüşdə idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri iştirak edib.

    Asiya.az
    xəbər verir ki, RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.

    Qəbul zamanı vətəndaşlar tərəfindən kəndə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin təmiri ilə bağlı məsələlər qaldırılmışdır. Həlli mümkün olan məsələlər bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş və həlli müəyyən vaxt tələb edən məsələlər isə icra olunmaq üçün nəzarətə götürülmüşdür.
    Görüşdə kənd sakinləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
    Yardımlı RİH-in başçısı Avaş kənd sakinləri ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər