Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var - Müharibə başlandı

Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var - Müharibə başlandı
  • Dünya / Manşet

  • Hindistan və Pakistan əsgərləri Kəşmir nəzarət xəttində toqquşub.

    Asiya.az xəbər verir ki, Pakistan Hindistan ordusunun Nakilay Tattapani və Jandrot bölgələrində mülki əhaliyə atəş açıb.

    Açıqlamada Pakistan ordusunun 2 əsgərinin və 2 mülki şəxsin öldüyü, iki nəfərin isə yaralandığı deyilir.

    Hindistan tərəfi isə Pakistan ordusunun açdığı atəş nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

    Qeyd edək ki, hazırda iki nüvə dövləti olan Pakistan və Hindistan arasında gərginlik pik həddə çatıb. Fevralın 14-də Kəşmirin Hindistan tərəfində 44 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hindistan bu terrora görə Pakistanı ittiham edib, daha sonra gərginlik başlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər