Asiya.az medicina.az-a istinadən bildirir ki, laboratoriya şəraitində aparılan araşdırmalara görə, tərkibində nişasta olan qidaların uzun müddət yüksək temperaturda bişməsi akrilamid maddəsinin yaranmasına səbəb olur. Akrilamid maddəsi Dünya Sağlamlıq Təşkilatı tərəfindən "kanserogen maddə" olaraq tanınır.
Tərkibində nişasta olan qidaların bişirilən zaman tərkibində olan akrilamid maddəsinin səviyyəsi dəfələrlə artır.
Bu maddə həmçinin də işlənmiş ətlərin yəni kolbasa və kolbasa məhsullarının tərkibində də çox miqdarda mövcuddur.