Bakıda əməliyyat: kriminal avtoritet tutuldu

Bakıda əməliyyat: kriminal avtoritet tutuldu
  • Hadisə

  • Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının ötən gün "Portofino” çay evində keçirdkləri əməliyyat nəticəsində kriminal avtoritet və mütəşəkkil cinayət dəstəsinin üzvləri saxlanılıb.

    Asiya.az xəbər verir ki, bu barədə Yasamal Rayonu Polis İdarəsindən məlumat verilib.

    Əməliyyat nəticəsində beş nəfər saxlanılıb. Onlardan biri - əvvəllər xuliqanlıq və qanunsuz silah gəzdirmə maddələri ilə məhkum olunmuş, 2018-ci ilin oktyabrından Sabunçu Rayon Polis İdarəsi tərəfindən axtarışa verilmiş 25 yaşlı Babayev Kamran Heydər oğludur.

    Onunla birlikdə 30 yaşlı Əlizadə Əhməd Ərzuman oğlu, 32 yaşlı Niftəliyev Ceyhun Sirac oğlu, 29 yaşlı Seyidov Kənan Əlirza oğlu və Cəlilabad sakini 32 yaşlı Ramazanov Elbarı Ümid oğlu saxlanılıb.

    Bundan əlavə dəstənin altıncı üzvü polis tərəfindən axtarılır. Onun kimliyi məlumdur, lakin hələlik saxlanılmadığı üçün açıqlanmır.

    Məlumdur ki, yuxarıda adları çəkilən şəxslər çay evində 27 yaşlı Bakı sakini Rafiq İsrafilovdan borcun alınması üçün yığışıblar. Sonuncunun Cəmil adlı şəxsə 15 min manat borcu var, lakin maliyyə çətinlikləri ilə üzləşdiyi üçün bu məbləği qaytara bilməyib.

    Cəmil isə R,İsrafilovun maliyyə vəziyyətinin yaxşılaşmasının gözləməyib və kömək üçün kriminal aləmin nümayəndələrinə müraciət edib. Sonuncular R.İsrafilova çay evində görüş təyin ediblər və onu hədələyiblər.

    Bildirilir ki, cinayətkarlar çay evində D.Niftəliyevə məxsus 99 NV 888 dövlət nömrə nişanlı BMW markalı avtomobildə gəliblər. Ə.Əlizadə də elə bu markalı maşında olub. Saxlanılan şəxslərin üzərlərində axtarış zamanı bıçaqlar, heroin və psixotrop maddə aşkarlanıb. Bundan əlavə onların maşınlarında dəyənəklər tapılıb.

    Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər