Vahid Ələkbərov dayanmadan varlanır: “Forbes” açıqladı

Vahid Ələkbərov dayanmadan varlanır: “Forbes” açıqladı
  • İqtisadiyyat

  • Məşhur “Forbes” jurnalı dünyanın ən zəngin adamlarının növbəti siyahısını açıqlayıb. Nəşr siyahını digər mənbələrdən müəyyən fərqlə dərc etdirsə də, ilk üçlükdəki adlar dəyişməyib. Ceff Bezos, Bill Qeyts və Uorren Baffet liderlər qrupundadır.

    Asiya.az xəbər verir ki, “Forbes” Bezosun sərvətini 131 milyard dəyərində qiymətləndirib. Məşhur nəşrin versiyasına görə, Qeytsin 96,5, Baffetin isə 82,5 milyard dolları var.

    Siyahıda bizi daha çox Vahid Ələkbərovun mövqeyi maraqlandırır. Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı son bir ildə çox varlanıb. O, 78-ci pillədən 47-ci yerə yüksəlib. Bu bir ildə onun sərvəti 2,78 milyard dollar artıb. İndi Ələkbərovun aktivində 20,7 milyard dollarlıq var-dövlətin olduğu yazılır.

    Qeyts indiyə rahatlıqla birinci pilləni ələ keçirə bilərdi. Sadəcə, “Microsoft”un rəhbəri xeyriyyəçiliyə böyük pullar xərcləyir. Məsələn, indiyə qədər bu işə 35,8 milyard dollar sərf olunub.

    “Forbes” hesab edir ki, dünyadakı milyarderlərin sayı 2 min nəfəri keçib. Onların ümumilikdə 8,7 trilyon dollar sərvəti var.
    PAYLAŞ:

    Oxşar xəbərlər