Kamil Zeynallı fil saxlamaq istəyir

Kamil Zeynallı fil saxlamaq istəyir
  • Cəmiyyət

  • Məşhur idmançı Kamil Zeynallı Oxu.Az-a maraqlı açıqlamalar verib.

    Asiya.az xəbər verir ki, son günlər “İnstagram” hesabında aldığı it və meymunla foto və videolar paylaşan idmançı saxladığı heyvanlardan danışıb, onlara xərclədiyi pulları açıqlayıb.

    “Qızımda heyvan sevgisi var. Meymunla iti alma səbəbim elə qızımın istəməsidir. Öncə 2500 manata it aldım. Daha sonra qızımın istəyi ilə meymun almalı oldum. Amma onu almaq heç də asan məsələ olmadı. Axtarıb araşdırıb körpə meymun tapdım. O meymuna 5000 manat xərcim çıxdı. Qızım Sahilə heyvanla çox mehriban davransa da, meymun onunla yola getmir. Əhilləşsin deyə meymunu qızımdan bir müddətlik ayırmışam. Bir az sakitləşməyi mütləqdir”.

    Kamil Zeynallı həyət evi almaq niyyətində olduğunu dilə gətirib.

    “Bağ evi almaq istəyirəm. Bağ evim olandan sonra onun həyətində inək, qoyun, toyuq, hətta fil, poni də saxlamaq istəyirəm. Rayona köçüb orada yaşamağı düşünmürəm. Amma orada evimin olmasını çox istəyirəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər