Dünyanı dəyişdirən 12 film: O filmə görə özünə qəsd edənlər də olub

Dünyanı dəyişdirən 12 film: O filmə görə özünə qəsd edənlər də olub
  • Dünya

  • Yaxşı film təkcə bizi əyləndirməməlidir, həm də hansısa missiya daşımalıdır.
    Asiya.az sizə dünyanı az-çox dəyişdirən, ciddi təsir gücünə malik 12 filmi təqdim edir:

    “Serpiko” (Serpiko, 1973)


    Frenk Serpiko haqqında real hadisələr əsasında çəkilmiş film dünyaya böyük mesaj vermişdi. Bu kino lentindən sonra rüşvət haqda polis bölmələrinə məlumat verən əməkdaşların sayı artmışdı. Film Cənub-Şərqi Asiyada, xüsusilə Tailandda çox məşhurlaşdı. Al Paçinonun gözəl oyunu sayəsində bütün dünya bu haqda danışmağa başladı. “Mən rüşvət vermirəm” ifadəsi trendə çevrildi.

    “Şəhər” (The town, 2010)

    Filmdə bir kadr heç də yaxşı mesaj vermir. Cinayətkarlar bankı qarət etməyə rahibə paltarında və maskalarda gedirlər. “Şəhər” bəzi oğurluq metodlarını da açıqlamışdı. Sonradan cinayətkarlar bu cür geyimdən və metodlardan çox istifadə etdi.

    “Pikey” (Aaj Tak, 2014)

    Bu film Hindistan cəmiyyətini, ayrı-ayrı ritualları çox tənqid edir. “Pikey”dən sonra adamların bir çox məsələlərə baxışı dəyişdi. Əlbəttə, hamı bəyənmədi, tənqid edənlər, aqressiv yanaşanlar da çox oldu. Təsəvvür edin, filmin xeyli posteri cırıldı.

    “Matrisa” (The Matrix, 1999)

    Filmdə kompüter proqramının insan beyninə yazılmasından danışılır. Xüsusilə ABŞ-da bunun reallığı əks etdirdiyinə inanan çox olmuşdu. Üç nəfər filmin təsiri ilə özünə qəsd etmişdi.

    “Ebbinq sərhədində üç bilbord” (Three Billboards Outside Ebbing, 2017)

    Sadə həyat sürən Mildredlə kiçik şəhərin polisi arasındakı qarşıdurma süjeti ayrı-ayrı yerlərdə qırmızı bilbordlarla etiraz aksiyalarına təkan verdi. Şəhərlərdən Londonda, Floridada, ölkələrdən Maltada, Kosovada belə aksiyalar baş tutdu.

    “Amerikalı nəcib adam” (American humane, 1939)

    Bu film kinoteatrlara çıxana qədər ABŞ-da atların kütləvi qırılması adi hala çevrilmişdi. Filmdə bir səhnə cəmiyyəti ayağa qaldırdı. At yüksək məsafədən suya yıxılır. Bundan sonra ölkədə heyvan haqlarına daha həssas yanaşmağa başladılar.

    “Qurtuluş” (Deliverance, 1972)

    Filmi Corciya ştatının Reyban dairəsində çəkmişdilər. Bununla da ərazinin bəxtini əbədi bağlamışdılar. Reyban filmdə sivilizasiyadan uzaq yer kimi göstərilir. Bu kino lentindən sonra buralara turist axını azaldı, adamlarda xof yarandı. Yerli sakinlər hələ də filmin yaradıcı heyətinə kin saxlayır.

    “Leviafan” (Левиафан, 2014)

    Andrey Zvyagintsevin filmi Rusiyadakı üsul-idarənin murdarlığını bütün çılpaqlığı ilə ortaya qoyur. Filmin əsas qayəsi də budur: bu ölkədə insanın dəyəri yoxdur. Ekran əsərini Teriberkada çəkmişdilər. Zibillərin qalaqlandığı Teriberkada. Film kinoteatrlarda peyda olanda yerli icra strukturları tələm-tələsik zibilləri yığışdırmağa başladı.

    “Çənələr” (Jaws, 1975)

    Film sanki köpək balıqlarını öldürməyə çağırır. Ekran əsərinin premyerasından sonra ABŞ-ın Şərq sahillərində nə qədər su heyvanını məhv etdilər. İnsanlar hesab edirdi ki, köpək balıqları, həqiqətən də, ölümə layiqdir.

    “Cuno” (Juno, 2007)

    “Cuno”nu yeniyetmə hamiləliyini təbliğ etməkdə qınayırlar. Filmdən sonra Qloçester məktəbində 17 qız hamilə qalmışdı. Buna ABŞ-da “Cuno effekti” adı vermişdilər.

    “Müharibə oyunları” (WarGames, 1983)

    İlk dəfə məhz bu film kompüter fırıldaqçılığı haqda danışmışdı. Xakerlər barədə bütün dünya xəbər tutdu. Film hətta ABŞ prezidenti Ronald Reyqana nüvə silahının məhdudlaşdırılması ilə bağlı ideya vermişdi.

    “Vətənə dönüş” (Swades, 2004)

    Moxan Hindistandan ABŞ-a NASA-da işləməyə gəlib. Bir dəfə nənəsinə dəymək üçün vətənə qayıdır və anlayır ki, ölkəsi üçün nə qədər böyük işlər görə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər