“Ey Netanyahu, oğlunun qulağını çək” – Ərdoğandan sərt çıxış

“Ey Netanyahu, oğlunun qulağını çək” – Ərdoğandan sərt çıxış
  • Dünya

  • Qaziosmanpaşa mitinqində xalqa səslənən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail baş naziri Binyamin Netanyahuya sərt mesaj yollayıb.

    Asiya.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Ərdoğan baş nazirin oğlunun Türkiyə ilə bağlı işlətdiyi ifadəyə görə Netanyahunu tənbeh edib:

    “Ey Netanyahu, bütün dünyanın göz bəbəyi olan İstanbula “Konstantinapol” deyən oğlunun qulağını çək! Əgər bu məsələdə bir az daha irəli getsəz, tərbiyə metodlarımız fərqlidir. Sizləri o cür də tərbiyə edə bilərik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər