Gənc Tamaşaçılar Teatrı “18+” tamaşa göstərəcək

Gənc Tamaşaçılar Teatrı “18+” tamaşa göstərəcək
  • Mədəniyyət

  • Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Pərvinin “Mən öləndə, ağlama” pyesi əsasında yeni mono-tamaşa hazırlanıb.

    Asiya.az xəbər verir ki, mono-tamaşanın rejissoru Ayla Osmanovadır.

    Səhnə əsərində Leyla obrazını aktrisa Səbinə Məmmədova canlandırır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, səhnə tərtibatı Reyhan Aslanovaya aiddir.

    “18+” olan tamaşa gənc və gözəl Leylanın taleyindən bəhs edir. “Mən öləndə, ağlama” tamaşasının premyerası martın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər