“Makdonalds”da müştərinin dilinə iynə batdı – Fotolar

“Makdonalds”da müştərinin dilinə iynə batdı – Fotolar
  • Olay

  • Dünyanın qida sektorunun nəhənglərindən sayılan “Makdonalds” da bəzən müştərilərin etimadını doğrultmur. Tayvanda gözlənilməz hadisə də belə deməyə əsas verir.
    Asiya.az xəbər verir ki, “Makdonalds”da hamburger sifariş edən müştərinin dilinə iynə batıb. Tayvanlı kişi əvvəlcə nə baş verdiyini anlamayıb. Dilindəki kəskin ağrının nədən olduğunu, ağzının niyə qanadığını dərhal anlamayıb.

    Dilinə iynə batdığını başa düşəndə bunun şəklini çəkib və “Makdonalds”dan izah tələb edib. Qida şəbəkəsinin əməkdaşlarından biri onu xəstəxanaya çatdırıb.

    Sonradan “Makdonalds” bununla bağlı açıqlamasında iynənin bura kənardan gətirildiyini bildirib. Qida şəbəkəsi xidmət səviyyəsini yüksəldəcəyinə söz verib.a


    “Makdonalds”da müştərinin dilinə iynə batdı – Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər