Paşinyan əlinə süpürgə alıb küçə süpürdü – Video

Paşinyan əlinə süpürgə alıb küçə süpürdü – Video
  • Dünya / Manşet

  • Ermənistanın baş naziri Nikol Paşinyan, ərazidə zibil olduğu üçün İctimai Teatrın yeni binasının təməlatma mərasimində iştirak etməkdən imtina edib. O bildirib ki, belə vəziyyətdə mərasimdə iştirak edə bilməz.

    Asiya.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, daha sonra baş nazir süpürgəni götürərək ərazini süpürməyə başlayıb. Mərasimin digər iştirakçıları da ona qoşulub. “Ətraf təmiz olmalıdır. Bura gəlib, zibilin ortasında mərasim keçirmək olmaz” – deyə Paşinyan bildirib.

    Bunun təməlatma mərasiminin təxirə salınması anlamına gəlməsi barədə sualına Paşinyan belə cavab verib: “Hələ ərazini təmizləyək, daha sonra qərar verərək mərasimi keçirək ya yox”.


    PAYLAŞ:

    Oxşar xəbərlər