Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - FOTOLAR + YENİLƏNİB

Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - FOTOLAR + YENİLƏNİB
  • Manşet / Olay

  • “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib.

    Asiya.az “Report”-a istinadən xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

    Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb.

    Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.


    08:58

    Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb.

    Oxu.Az xəbər verir ki, yanğın ərazidəki “Diqlas” ticarət mərkəzində qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

    ***

    Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.

    Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.


    Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - FOTOLAR + YENİLƏNİB
    Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - FOTOLAR + YENİLƏNİB
    Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - FOTOLAR + YENİLƏNİB
    Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - FOTOLAR + YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər