İranda sel 19 can aldı

İranda sel 19 can aldı
  • Dünya

  • İranda yağan şiddətli yağışlar selə səbəb olub.
    Asiya.az xəbər verir ki, Şiraz şəhərində leysan yağışlar səbəbindən meydana gələn sel “Qurani-Kərim Qapısı” prospektindəki avtomobilləri sürükləyib. Nəticədə 19 nəfər həlak olub, 94 nəfər xəsarət alıb.

    İran polisindən verilən məlumata görə, prospektdəki sel fəlakətində 200-dən çox avtomobili sular yuyub aparıb.
    Qeyd edək ki, İranın şimal, şimal-qərb, cənub və cənubi-qərbində ötən həftədən davam edən şiddətli yağışlar bəzi çayların qarşısında inşa edilən bənd və körpülərin uçmasına, yüzlərlə evin su altında qalmasına səbəb olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər