İlham Əliyev 5 nəfərə general rütbəsi verdi

İlham Əliyev 5 nəfərə general rütbəsi verdi
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.

    Prezident başqa bir sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verib:

    general-leytenant ali hərbi rütbəsi
    general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

    general-mayor ali hərbi rütbəsi
    polkovnik Araz Süleyman oğlu Əhmədova
    polkovnik Zaur Aydın oğlu Əliyevə
    polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə

    Dövlət başçısı Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya "Əməkdar müəllim” fəxri adı verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər