Misir Mərdanov qəzaya düşdü: xəsarət alıb

Misir Mərdanov qəzaya düşdü: xəsarət alıb
  • Cəmiyyət / Manşet

  • Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

    Asiya.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Misir Mərdanovun özü məlumat verib.

    O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: "Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

    Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər