Respublika QİÇS-lə Mübarizə Mərkəzi təlim kursu keçdi - FOTO/VİDEO

Respublika QİÇS-lə Mübarizə Mərkəzi təlim kursu keçdi - FOTO/VİDEO
  • Hərb

  • Dünyada ən çox yayılan xəstəliklərindən biri olan QİÇS-in adını çox eşitsək də, bəzən fərqinə varmırıq. Elə bilirik ki, bu xəstəlik qeyri-sağlam həyat şəraiti yaşayan insanlarda baş verir.

    Son illər Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gündən-günə gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır.

    Asiya.az xəbər verir ki, bu günlərdə "Baku İNN Hotel"də "KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu" mövzusunda təlim kursu keçirildi.
    Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova təlimin açılışını etdi. O, öz çıxışında QİÇS-lə bağlı geniş məlumat verdi. Mərkəz rəhbəri qeyd etdi ki, ilbəil HİV-ə yoluxanların sayında artım olur. HİV-in 3 yolla - qanla(donordan), cinsi yolla və anadan bətndaxili körpəyə yoluxduğunu xatırladan E.Alməmmədova cəmiyyətdə maarifləndirməyə ehtiyac olduğunu vurğuladı. O əlavə etdi ki, istənilən şəxs Mərkəzdə pulsuz və anonim müayinəyə cəlb oluna bilər.

    Mərkəzin ambulator yardım şöbəsinin müdiri Günəş Cəfərova isə “İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat: epidemiologiya və diaqnostikası" mövzusunda təqdimatla çıxış etdi.

    Təlimdə çıxış edən RQMM-in media-treneri Ceyhun Nəcəfov tədbirin cəmiyyətin media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaq məqsədi daşıdığını bildirdi.
    Ceyhun Nəcəfov “Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə rolu” mövzusunda çıxış edərək virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdimedilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalibgəlmə yolları haqqında məlumat verdi. O, həmçinin hər iki terminin mənası, yaranma tarixi, səbəb və fəsadları barəsində danışdı.

    Təlimdə mövzular ətrafında müzakirələr aparıldı, virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanıldı. Daha sonra jurnalistlər elə təlim sonrası mütəxəssislər tərəfindən xəstəliklə bağlı test müayinəsindən keçdilər. Bunu həm də cəmiyyətimiz üçün maariflənmə aksiyasının başlanğıcı da hesab etmək olar. Bu testlə cəmi 10 dəqiqə bəs edir ki, virusun olub-olmaması bilinsin.
    Daha sonra infeksiya və xəstəliyə aid videoçarx nümayiş olundu.
    Cəfər Cəfərov

    Respublika QİÇS-lə Mübarizə Mərkəzi təlim kursu keçdi - FOTO/VİDEO
    Respublika QİÇS-lə Mübarizə Mərkəzi təlim kursu keçdi - FOTO/VİDEO

    PAYLAŞ:

    Oxşar xəbərlər