İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək

İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək
  • Siyasət

  • Bu gün də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin REAL Partiyasının sədri İlqar Məmmədovun haqqındakı cəzasını dəyişdirib.

    Dəyişikliyə əsasən, İlqar Məmmədovun şərti cəzası ləğv olunub. Başqa sözlə, onun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

    İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən, ölkədən çıxış qadağası da aradan qaldırılıb.

    Asiya.az xəbər verir ki, REAL Partiyasının xarici əlaqələr katibi Erkin Qədirli İlqar Məmmədovla bağlı yeni açıqlama verib. O bildirib ki, Ali Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətini qismən təmin edib.

    "Üzərindən şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı ləğv etdi. Amma cinayət işinə xitam vermədi. Bu isə o deməkdir ki, İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd kimi iştirak edə bilməyəcək”.

    E.Qədirli məsələ ilə bağlı yenidən məhkəməyə müraciət olunacağını istisna etməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər