Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunun yerinə onu təyin etdi

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunun yerinə onu təyin etdi
  • Cəmiyyət / Manşet

  • Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis müavini təyin edilib.

    ONA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Rəhim Novruzov Baş İdarənin rəis müavini təyin edilib.

    Xatırladaq ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini olmuş, polis polkovniki Fuad Məmmədli bu ilin fevralında tutduğu vəzifədən azad edilib.

    F. Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər