Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti: “Millətin əhvalını qaldırmaq lazımdır” – FOTOLAR

Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti: “Millətin əhvalını qaldırmaq lazımdır” – FOTOLAR
  • Cəmiyyət

  • Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.

    Asiya.az xəbər verir ki, bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, “Space” kanalı əksinə, “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib. Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.

    Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən “Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.

    “Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”

    Qeyd edək ki, Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi verilişdə mərhum müğənni Məhəbbət Kazımovdan bəhs edilib.

    Əməkdar artistlər Yusif Mustafayev, Cavanşir Məmmədov, müğənnilər Nazənin Rühəngiz Musəvi və başqaları proqramda mahnılar səsləndirib.


    Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti: “Millətin əhvalını qaldırmaq lazımdır” – FOTOLAR
    Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti: “Millətin əhvalını qaldırmaq lazımdır” – FOTOLAR
    Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti: “Millətin əhvalını qaldırmaq lazımdır” – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər