"Kazbek" mahnısını ifa edən müğənni həbs edildi - VİDEO/FOTO

"Kazbek" mahnısını ifa edən müğənni həbs edildi - VİDEO/FOTO
  • Hadisə

  • “Kazbek” mahnısı ifa edən “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev həbs olunub

    Asiya.az xəbər verir ki, bu barədə musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılıb.

    Məsələ ictimai rezonans doğurmuş və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

    DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilmiş və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunmuşdur ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

    Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcəkdir.


    "Kazbek" mahnısını ifa edən müğənni həbs edildi - VİDEO/FOTO

    PAYLAŞ:

    Oxşar xəbərlər