Pakistanla Hindistan arasında döyüş başladı - ölənlər var

Pakistanla Hindistan arasında döyüş başladı - ölənlər var
  • Dünya / Manşet

  • Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir Nəzarət Xəttində yenidən gərginlik yaranıb.

    Asiya.az xəbər verir ki, iki ölkənin hərbi qüvvələri arasında yaşanan atışma zamanı 7 nəfər ölüb.

    Hadisə ilə bağlı Pakistan ordusu tərəfindən açıqlama verilib. Bildirilib ki, Hindistan əsgərlərinin Kəşmir Nəzarət Xəttinin Pakistana aid hissəsindəki hərbi mövqeləri hədəf alması nəticəsində 3 əsgər həlak olub.

    Hindistan ordusu isə qarşı tərəfi atəşkəsi pozmaq və Hindistan tərəfdəki Punç bölgəsini hədəf almaqda günahlandırıb. Hindistanın ədliyyə məmuru M.K. Sinha verdiyi açıqlamada insident nəticəsində 1 hind əsgəri ilə 1 qadın və 1 azyaşlı qızın öldüyünü, 18 dinc sakin və 5 əsgərin yaralandığını deyib.

    Kəşmir problemi

    İngiltərə 1947-ci ildə Hindistandan geri çəkilərkən krallıq şəklində idarə olunan Kəşmirin bu iki ölkədən birinə birləəşməkdə sərbəst olduğunu açıqlayıb. Əhalisinin 90%-i müsəlman olan Kəşmir Pakistana qatılmaq istəsə də, dövrün şahzadəsi Hindistana tabe olmağı üstünü tutub. Qərara xalq qarşı çıxıb. Hər iki ölkə bölgəyə hərbi qüvvələrini yeridib. Beləliklə, müharibə başlayıb. İki ölkə arasında eyni səbəbdən 1965 və 1999-cu illərdə də müharibə baş verib.

    Hazırda Kəşmirin 45%-i Hindistanın, 35%-i Pakistanın nəzarətindədir. 20%-nə isə Çin baxır.

    Hindistan ilə Pakistan arasında son gərginlik bu ilin 14 fevral tarixində baş qaldırmışdı. Kəşmirin Hindistana aid hissəsində polis təşkilatına bağlı qüvvələrə qarşı təşkil edilən bombalı hücumda 44 nəfər ölmüşdü.
    PAYLAŞ:

    Oxşar xəbərlər