Bakının mərkəzində binada güclü yanğın - VİDEO + YENİLƏNİB

Bakının mərkəzində binada güclü yanğın - VİDEO + YENİLƏNİB
  • Manşet / Olay

  • Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

    Asiya.az-ın məlumatına görə, bu barədə “Report”a açıqlamasında Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

    O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

    “Report”un müxbiri xəbər verir ki, hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.

    09:14

    Bakının mərkəzində binalardan birində yanğın baş verib.

    Asiya.az "Report"-a istinadən xəbər verir ki, yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib.


    Bakının mərkəzində binada güclü yanğın - VİDEO + YENİLƏNİB
    Bakının mərkəzində binada güclü yanğın - VİDEO + YENİLƏNİB
    PAYLAŞ:

    Oxşar xəbərlər