Ağciyərləri nikotindən təmizləmək üçün 9 qayda - Kişilərin diqqətinə

Ağciyərləri nikotindən təmizləmək üçün 9 qayda - Kişilərin diqqətinə
  • Araşdırma

  • Çox siqaret çəkən insanlar ağciyərlərindən narahatdırsa, siqareti azaltmaqla yanaşı, ağciyər toxuması və bronxlarını siqaretlə dolan toksinlərdən təmizləmək istəyirsə, qarşısına məqsəd qoyub aşağıdakı məsləhətlərə əməl etməlidir.
    Sfera.az medicina.az-a istinadən bildirir ki, ağciyərləri təmizləmək üçün mütləq 1 həftə bunları etmək lazımdır.

    1.Təmizlənməzdən 1 həftə əvvəldən bütün süd və süd məhsullarını qidadan çıxarın. Onlar da orqanizmdə çöküntülü toksinlər yaradan maddələrə malikdir.

    2.Təmizlənmənin birinci günü axşam yatmazdan əvvəl bitki çayı- çobanyastığı, nanə və ya qarğıdalı saçağı dəmləməsi içirsiz.

    3.Səhər yeməkdən əvvəl 300 ml suya 2 limonun suyunu sıxıb içirsiz.

    4.Saat 11-12 arası 300 ml təzə kök şirəsi içirsiz.

    5.Naharda quru meyvələrdən kompot içir və ya qaysı qurusu ilə yoqurt yeyirsiz.

    6.Yatmazdan əvvəl nar şirəsi içirsiz.

    7.Gün ərzində bitki çayları için.

    8.Təmizlənmə ərəfəsi hər gün dəniz duzu qatılmış isti vannada uzan. Və ya isti saunaya gedə bilərsiz. Toksinlər tərlə çıxar.

    9.Sonuncu mərhələ inhalyasiyadır. Qaynar suya 15 damcı ekvalipt yağı damızdırıb, dəsmalı başına atıb, o suyun buxarı ilə nəfəs al.

    Bütün bunları 1 həftə edirsiz. Daha sonra 3 aydan bir təkrarlayırsız. Ağciyərləriniz nikotin qalıqlarından xeyli təmizlənəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər