Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  • İqtisadiyyat / Manşet

  • CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 70,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,37 dollar/barel azdır.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,51 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

    Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,23 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər