Masallıda kişi arvadını öldürdü - SƏBƏB

Masallıda kişi arvadını öldürdü - SƏBƏB
  • Manşet, Kriminal

  • Masallı rayonunda kişi arvadını bıçaqlayaraq öldürüb.

    Asiya.az-ın verdiyi xəbərə görə, hadisə aprelin 5-də saat 22 radələrində baş verib. Rayon sakini, 1975-ci il təvəllüdlü Nicat Şəbiyev ailə münaqişəsi zəminində yaşadıqları evdə arvadı, 1979-cu il təvəllüdlü Günay Gülverdiyevanı bədəninin bir neçə yerindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Gülverdiyeva orada vəfat edib.

    Əldə etdiyimiz məlumatla görə, kişi narkotik aludəçisi olub. Onların ailələrində tez-tez ailədaxili münaqişələr olurmuş.

    Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ilkin istintaq hərəkətləri aparılıb. Ş.Nəbiyev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər