Azərbaycanlı səfirin saatı oğurlandı

Azərbaycanlı səfirin saatı oğurlandı
  • Manşet / Olay

  • Belarus Respublikasının Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.

    Asiya.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus Respublikasının Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, hadisə martın 17-si axşam saatlarında baş verib. Belə ki, Azərbaycanın Qazaxıstandakı səfiri biznes-zalda olarkən saatını unudub:

    “Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı götürüb. Saatın itməsi barədə ərizə daxil olduqdan sonra Cinayət-Axtarış Şöbəsinin əməkdaşları bir neçə saat ərzində şübhəli şəxsin kimliyini müəyyənləşdirib və oğurlanmış saatı geri qaytarıb. Faktla bağlı Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi qaldırılıb”.

    Hadisədən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Daxili İşlər naziri İqor Şuneviçə təşəkkür məktubu göndərib.
    PAYLAŞ:

    Oxşar xəbərlər