"Evdə yıxılmışam, ayağım əzilib" - Suğra Bağırzadə

  • SƏNƏT

  • Sosial mediada, Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış aktrisa Suğra Bağırzadənin avtomabil qəzasında ayağını sınması ilə bağlı xəbərlər yayılıb.

    Aktrisanın buna görə dəvət aldığı "Dağıntılar altında" serialında rol ala bilməyəcəyidə deyilir.

    Asiya.az-a açıqlama verən aktrisa avtomobil qəzası keçirmədiyini bildirdi: "Yazıblar ki, mən avtomobil qəzasına düşmüşəm, ayağım sınıb. Bu yalan xəbərdir. Evdə yıxılmışam, ayağım zədələnib. Ayağımda ağrı olduğu üçün həkim müayinəsinə getdim. Məlum oldu ki, sınıq yoxdur, sadəcə zədələnib. Qaldı ki, serialda çəkilə bilməyəcəyimə, yalan sözdür. Mənim həmin serialda çəkilişlərim davam edir". Aktrisa, dostlarının, izləyicilərinin ona görə təşviş keçirdiyini də bildirdi: "Hamı zəng edib ağlayır ki, nə olub? Hər kəs həyəcan içindədir. Onlara demək istəyirəm ki, yaxşıyam. Hər şey qaydasındadır".
    PAYLAŞ:

    Oxşar xəbərlər