“Rabitə Bank”dan növbəti fırıldağ: – MÜŞTƏRİLƏR ALDADILIR

“Rabitə Bank”dan növbəti fırıldağ: – MÜŞTƏRİLƏR ALDADILIR
  • Sosial / Araşdırma

  • “Rabitə Bank” nağd pul krediti üzrə elan etdiyi kampaniyada müştərilərini aldatmaqda davam edir.

    Asiya.az “Kommersant.az”-a istinadən bildirir ki, bankın rəsmi saytında elan olunan kredit şərtlərində müddətdən asılı olmayaraq faiz dərəcəsinin 22% olduğu qeyd olunub. Müştəri banka yaxınlaşdıqda isə tamamilə fərqli faiz dərəcələri ilə üz-üzə qalıb.

    “Rabitə Bank” əməkdaşının verdiyi məlumata görə, əslində banka yaxınlaşan müştəri 1 illik kredit üçün 17,9, 2 il üçün 19,9%, 3 il üçün isə 22% faiz dərəcəsi tətbiq olunur.


    “Hələ bu harasıdır, komissiyanın 1% olduğu qeyd olunsa da, banka yaxınlaşan müştəri sığortadan imtina etdiyi halda 1,5% komissiya ilə qarşılaşır və bunlar bankın rəsmi saytında bildirilməyib. Sığorta haqqı isə müddətə görə 0,2% – 1,8% -dək dəyişir”.

    Ümumiyyətlə bankın kredit bazarına aqressiv girməsi birmənalı qarşılanmır. Ekspertlər hesab edir ki, bank və bankın müştəriləri gələcəkdə bunun problemini ciddi şəkildə hiss edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər