Avropa Liqası – NƏTİCƏLƏR

Avropa Liqası – NƏTİCƏLƏR
  • İdman

  • “Valensiya” öz meydanında əsas vaxtda “Bazel”in qapısından 3 qol keçirib.

    Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

    Asiya.az Apasport.az-a istinadən xəbər verir ki, cavab oyunları yarımfinalçıların adına aydınlıq gətirib.

    “Benfika” Hollandiyada məğlub etdiyi “Alkmaar”la öz meydanında qarşılaşıb. Səfərdə qalib gələn portuqaliyalılar, öz meydanlarında da hollandların qapısından 2 qol keçirərək yarımfinala vəsiqə qazanıblar.

    İtaliya “Yuventus”u da yarımfinala vəsiqə əldə edib. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri “Lion”u evdə də 2:1 hesabı ilə məğlub ediblər.

    İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağı bacarıblar. “Sevilya” “Porto”dan minimal hesablı məğlubiyyətin əvəzini yetərincə çıxıb və növbəti mərhələyə yüksəlib. Səfərdə 3:0 hesabı ilə məğlub olan “Valensiya” öz meydanında əsas vaxtda “Bazel”in qapısından 3 qol keçirib. Əlavə olunmuş vaxtda “Bazel"in iki oyunçusu kobudluğa görə meydandan qovulub. “Valensiya” isə daha 2 qol vuraraq yarımfinala yüksəlib.

    Avropa Liqası, 1/4 final, cavab oyunları

    10 aprel

    “Sevilya” (İspaniya) - “Porto” (Portuqaliya) - 4:1

    Qollar: Rakitiç, 5; Vitolo, 26; Bacca, 29; Gamerio, 79 - Quareşma, 90

    Qırmızı vərəqə: Coke, 54 (“Sevilya”)

    İlk oyun – 0:1

    “Benfika” (Portuqaliya) - “Alkmaar” (Hollandiya) - 2:0

    Qollar: Rodriqo, 39; 71

    İlk oyun – 1:0

    “Yuventus” (İtaliya) - “Lion” (Fransa) - 2:1

    Qollar: Pirlo, 4; Marcishio, 68 - Brand, 18

    İlk oyun – 1:0

    “Valensiya” (İspaniya) - “Bazel” (İsveçrə) - 5:0

    Qollar: Alcacer, 38; 70; 113; Varqas, 42; Bernat, 118

    Qırmızı vərəqə: Diaz, 100 (“Bazel”), Sauro, 105 (“Bazel”)

    İlk oyun – 0:3
    PAYLAŞ:

    Oxşar xəbərlər