İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR
  • Sosial

  • Aprelin 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Lerik rayon təşkilatının qərargahında Prezident İlham Əliyevin əhalinin sosial-rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamların geniş əhali kütləsinə çatdırılması məqsədilə partiyanın rayon təşkiatının təbliğat qrupu üzvlərinin bir qrup fəalları ilə görüş keçirilib.

    Asiya.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə 78 saylı Lerik seçki dairəsindən seçilən millət vəkili İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev, müavini Mübariz Ağayev iştirak ediblər.

    Son 15 il ərzində respublikamızın bütün sahələrində həyata keçirilən davamlı sosial-iqtisadi inkişafdan, tərəqqidən danışan İqbal Məmmədov Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını, əhalinin rifah halının yaxşılaşdığını nəzərə çatdırıb.

    Görüşdə vurğulanıb ki, Azərbaycanın son illərdə keçdiyi şərəfli yol – iqtisadi, sosial göstəricilərinə görə əzəmətli inkişaf mərhələsi kimi tarixə düşüb. Bu inkişaf, tərəqqi mərhələsinin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün hədəflərə hesablanmış siyasət dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət dövlətə, xalqa, insana, parlaq gələcəyə xidmət edir.

    İqbal Məmmədov Azərbaycanın bütün bölgələri kimi, Lerik rayonun da sürətlə inkişaf etdiyini, rayonda böyük abadlıq-quruculuq işlərinin aparıldığını, iri infrastruktur layihələrin icra olunduğunu qeyd edib.

    Deputat ölkə başçısı tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından, Şamaxıda zəlzələ zamanı zərər çəkmiş vətəndaşlara göstərilən qayğıdan və müavinətlərin artırılması barədə həyata keçirilən tədbirlərdən geniş məlumat verib.

    Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə Lerik rayonuna dördüncü səfərindən danışan millət vəkili bildirib ki, ölkə başçısının Sərəncamı ilə Lerik şəhərində 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb, eyni zamanda Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulur. Hal-hazırda yolun tikintisində işlər sürətlə davam etdirilir.

    Çıxışlarda YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev, müavini Mübariz Ağayev, partiya fəalı Elxan Aslanov, Xanlar Həmidov və digərləri işini günün tələbləri səviyyəsində qurulmasından, maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsidən danışıb, fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.

    Tədbirdə qarşıda duran məsələlər ətraflı müzakirə edilib.


    İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR
    İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR
    İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR
    İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR
    İqbal Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər