Demokrat.az xəbər verir ki, bu barədə Rasim Quliyevin qardaşı olan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib.
B.Quliyev qardaşına göstərilən etimada görə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədova təşəkkür edib:
"Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova qardaşım Rasim Quliyevi yenidən katiblikdə işə dəvət etdiyinə görə dərin minnətdarlığımı bildirirəm.
Xatırladım ki, qardaşım 1988-93 -cü illərdə tələbə hərəkatının liderlərindən olub və siyasi mövqeyinə görə dəfələrlə "siyasi məhbus" həyatı yaşayıb. Müxtəlif dövrlərdə jurnalistika və siyasətlə məşğul olub və 2001-ci ildən 2018-ci ilin dekabrına qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.
Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı. Mən qardaşımla fəxr edirəm. Çünki, o fərqli bir insandır: saf, təmiz, gözütox, əxlaqlı, imanlı, savadlı və sairə....
Uğurlar arzulayıram, qardaşım!".
Qeyd edək ki, 2018-ci ilin sentyabrında Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad edilərək, Xarici Əlaqələr Departamentinə sədr təyin olunub. Onun yerinə isə yeni Aparat rəhbəri Elgün Həbibullayev təyin edilib.