“Qızlar arasında da siqaret çəkənlərin sayı artıb”-Fazil Mustafa

“Qızlar arasında da siqaret çəkənlərin sayı artıb”-Fazil Mustafa
  • Cəmiyyət

  • “Medianın qadağan edilməyən istənilən informasiyanı vermək hüququ var”

    “Mətbuatın qadağan edilməyən istənilən informasiyanı, o cümlədən intiharla bağlı xəbəri vermək hüququ var. Təbii ki, intiharın təbliği formasında yayımlamaq zərərli informasiya sayılır, amma məqsəd sadəcə infirmasiya yaymaqdırsa, bu, medianın işidir. Media təbliğedici orqan deyil, informasiya yayan orqandır”.

    Bizimyol.info xəbər verir ki, bunu deputat Fazil Mustafa Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfransda deyib. O, 262 saylı məktəbdə baş verən hadisə ilə bağlı deyib ki, intihar xəbərlərinin mediada dərc edilməməməsi ilə bağlı yanaşma yanlışdır.

    Fazil Mustafa əlavə edib ki, intihar məktəbdə baş verib deyə dərhal direktoru da qınamaq doğru deyil. “Bu cür hadisələrin kökü cəmiyyətdəki problebləmlərdən yaranır. Belə problemlərin tyaranmaması üçün müxtəlif qanunlar qəbul edirik. Məsələn, məktəblərin ətrafında siqaret satılmasını qadağan edən qanun qəbul etdik, amma təəssüf ki, işləmə mexanizmində problem var. Bu gün də məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlxanxana, kafe, köşk olmamalıdır. Amma bu məsələlərə nəzarət edilmir. Cəmiyyətdə olan bu problemləri tapıb aradan qaldırmaq lazımdır. Ona görə də istintaq aparılmadan kiminsə kimisə intihara təhrik etməsi barədə fikir söyləmək olmaz. Kiminsə günahı ola bilər, amma istintaq bu məsələyə aydınlıq gətirməlidir”.
    Fazil Mustava vurğulayıb ki, burada əsas problemlərdən biri də məktəblə valideynlər arasında inam olmamasıdır və bu inam bərpa edilməlidir.

    Qeyd edək ki, konfransda parlamentin deputatları, media qurumlarının rəhbərləri, Təhsil Nazirliyinin təmsilmiləri və ekspertlər iştirak ediblər.

    Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub:

    “Hadisə ilə bağlı sosial şəbəklərdə və mediada məlumat yayılıb ki, məktəbli qız intihar etdikdən sonra iki saat məktəbdə saxlamılıb, xəstəxanaya aparııdıqdan sonra lazımi tibbi yardım göstərilməyib və s. Amma rəsmi məlumatlara görə yarım saat ərzində xəstəxanaya çatdırılıb. Hadisədə müxtəlif şəxslər günahlandırıldı. Hadisə ilə bağlı Təhsil Nazirliyində araşdırma, Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Hələlik istintaq gedir və başa çatmadan kimisə günahlandırmaq olmaz.

    Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz, bəziləri isə dedi ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu məsələni müzakirə etmək üçün toplaşmışıq” – deyə Ə.Amaşov bildirdi.
    Rəşad VAQİFOĞLU
    PAYLAŞ:

    Oxşar xəbərlər