Leyla Əliyeva Elinaya şeir həsr etdi

Leyla Əliyeva Elinaya şeir həsr etdi
  • Cəmiyyət, Manşet

  • Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva intihar edən Bakı mətkəblisi Elina Hacıyevaya şeir yazıb.

    “Özünü öldürmə, dayan, eləmə” misraları ilə başlayan şeir gənc yaşda ölümü seçən Elinaya müraciət formasında yazılıb.

    Asiya.az Musavat.com-a istinadən həmin şeiri təqdim edir:

    Özünü öldürmə... dayan, eləmə!

    Özünü öldürmə, lütfən, dostum!

    Axı, həyat çox qiymətli hədiyyədir,

    Ətrafını eşitmədən, duy hər kəsi!

    Mənanı anla, boş sözlərdən uzaq ol,

    Onlarda doğrudan pay olsa belə!

    Lap insanlar acını, göz yaşını görməsin,

    Ruhlarını başqaları ilə bölüşsün.

    Lap çox çətin olduğu bilinsə belə!

    Doğrunu gör - ən düz danışan odur!

    Dilimizin altında gizlətsək belə,

    Fikir ildırım kimi çaxacaq onsuz.

    Zamanı birdəfəlik məhv edir!

    O yanır, amma siz o dumanda anlayın ki

    Qiymətli zaman hər kəsə nəsib deyil.

    Zamandan qiymətli deyildir heç nə

    Onu rüzgarın nəğməsində sev.

    Hər şeyi bağışlayacaq.., məhşərə çəkməyəcək!

    Sən riyadan uzaq sözlərlə istəsən əgər.

    İki dünya arasında itirdiyin ruh

    Vəd edilən rahatlığı tapa bilməz!

    Özünü öldürmə... saraq yaralarını,

    Kədərin dərinliyinə gülək bərabər!

    Özünü öldürmə... belə cəsur,

    Belə düşüncəsiz addıma gücün varsa!

    Qiymətli həyatı yaşamaq üçün

    Özündə o gücü tapmağa çalış.
    PAYLAŞ:

    Oxşar xəbərlər