Asiya.az immunitet.az-a istinadən bildirir ki, qaraciyəri təmizəməyə başlamamışdan əvvəl mütləq həkimə müraciət edib, öd kisəsi və qaraciyəri USM-də yoxlatdırmaq lazımdır. Çünki öd kisəsində iri daşların olması vəziyyətinizi ağırlaşdıra bilər.
Xalq təbabətində qaraciyərin təmizlənməsi üçün müxtəlif tübaj üsulları vardır. Onlardan bir-neçəsini sizlərə təqdim edirik:
1. Qaraciyəri təbii bitkilərlə təmizlənməsi.
Bu zaman 1 dəstə təzə cəfəri blenderdə üyüdülür, üzərinə 1 limonun şirəsi sıxılır. Şüşə qaba tökülüb, üzərinə 1 stəkan su əlavə edilir və səhər acqarına içilir. Bu proseduru 15 gün etmək illərlə qaraciyərdə yıılıb qalmış toksinlər xaric olunur.
2. Qaraciyərin balla təmizlənməsi.
Hər səhər acqarına 1 stəkan qaynar suyun içərisinə 1 xörək qaşığı bal əlavə edilir və yarım limon sıxılır. Prosedur 10-15 gün təkrarlanır.
3. Qaraciyərin zeytun yağı ilə təmizlənməsi.
Hər səhər acqarına 2 xörək qaşığı zeytun yağının içərisinə limon şirəsi sıxılıb içilir.
4. Qaraciyərin bəkməzlə təmizlənməsi.
Hər səhər 1 xörək qaşığı bəkməz isti suya qarışdırılıb içilir.
Qaraciyərin təmizlənməsi zamanı aşağıdakı qaydalara əməl olunmalıdır:
- Müalicə vasitəsini qəbul edən zaman məhsul isti olmalıdır.
- Məhsulu qəbul etdikdən sonra sağ tərəf üstə uzanmalı və qaraciyər nahiyəsinə isti qrelka qoyulmalıdır.
- Proseduru edib evdən çıxmaq olmaz, çünki tualetə ehtiyac ola bilər.
- Tubaj olunan günlər yüngül qida qəbul eləmək lazımdır.