Diyetoloqlar dünyanın ən faydalı 10 məhsulunu təyin ediblər

Diyetoloqlar dünyanın ən faydalı 10 məhsulunu təyin ediblər
  • Maraqlı

  • Avropa Diyetoloqlar və Qastroenteroloqlar Assosiasiyasının ekspertləri insan sağlamlığı üçün ən faydalı olan 10 məhsulun adını açıqlayıb.

    Metbuat.az saglamolun.az-a istinadən bu siyahını təqdim edir:

    - Yulaf yarması

    Vitamin, mineral və zülallarla zəngin olan yulaf yarması bağırsaqlar üçün ən faydalı məhsullardan biri sayılır. Yulaf yarması bağırsaqların fəaliyyətini və mikroflorasını yaxşılaşdırır. Bu isə öz növbəsində immun sistemini möhkəmləndirir.

    - Balıq

    Balığın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, beyinin qocalmasını ləngidir.

    - Pomidor

    Pomidor likopin, qidalı liflər və kaliumun sayəsində arterial təzyiqi salır, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır və həmçinin orqanizmə xərçəng əleyhinə təsir edir.

    - Brokkoli

    Bəzi alimlər brokkolini ən faydalı tərəvəz kimi qiymətləndirirlər.

    Sulforafan maddəsi sayəsində brokkoli mədə xorası, mədə və prostat vəzi xərçənginin riskini azaldır, zədələnmiş toxumaların bərpasını sürətləndirir.

    - Kivi

    Kivi polifenol maddələri ilə zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların dağıdıcı təsirində qoruyur.

    Polifenollar mədə və 12 barmaq bağırsağı xorasının inkişafının qarşısını alır, orqanizmə güclü iltihabəleyhinə təsir edir, ateroskleroz və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

    - Üzüm

    Üzümün tərkibində insan orqanizmi üçün faydalı olan 150 (!) maddə və birləşmə var. Üzüm ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsinin və xolesterinin yığılmasının qarşısını alır.

    - Avokado

    Avokado ürək və damarları qoruyur, qanda şəkərin səviyyəsini tənzimləyir, şəkərli diabet xəstəliyinin riskini azaldır.

    - Yumurta

    Yumurtanın müntəzəm istehlakı diabet və insultdan qoruyur, qocalmanı ləngidir.

    - Sarımsaq

    Sarımsaq damarları xolesterindən təmizləyir, güclü xərçəng əleyhinə təsirə malikdir.

    - Zeytun yağı

    Zeytun yağı orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, təzyiqi normallaşdırmağa kömək edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər