Ramazan ayı BU TARİXDƏ başlayacaq - AÇIQLAMA

Ramazan ayı BU TARİXDƏ başlayacaq - AÇIQLAMA
  • Cəmiyyət / Manşet

  • “Ramazan ayının birinci günü may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq”.

    Asiya.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinin rəhbəri Əlirza Qafarov bildirib.

    Onun sözlərinə görə, Ramazan ayı mayın ilk ongünlüyündən etibarən başlayacaq:

    “Ramazan təqvimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytında yaxın günlərdə yerləşdiriləcək".

    Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin 5, 6 iyun tarixləri ölkəmizdə Ramazan bayramı ilə əlaqədar, qeyri-iş günləri hesab edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər