Nərimanov RİH başçısı Abdin Fərzəliyev rayon sakinləri ilə səyyar qəbul keçirdi

Nərimanov RİH başçısı Abdin Fərzəliyev rayon sakinləri ilə səyyar qəbul keçirdi
  • Sosial

  • Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.

    Asiya.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyevin, Rayon İcra Hakimiyyətinin, bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıraraq əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.

    Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.


    Nərimanov RİH başçısı Abdin Fərzəliyev rayon sakinləri ilə səyyar qəbul keçirdi
    Nərimanov RİH başçısı Abdin Fərzəliyev rayon sakinləri ilə səyyar qəbul keçirdi
    PAYLAŞ:

    Oxşar xəbərlər