Azərbaycanda yeni serial – “BADAMBURA” - FOTO

Azərbaycanda yeni serial – “BADAMBURA” - FOTO
  • SƏNƏT, Manşet

  • Gənc rejissor Cavid Dadaşdan tam fərqli serial gəlir.

    Yeni serial “BADAMBURA” dadımlı yox, baxımlı olacaq.

    “D.E.N.İ Group Production”nın istehsal edəcəyi “BADAMBURA” adlanacaq bu serial, dram komediya janrında olacaq.

    Rejissor bildirib ki, serialın qəhramanları müxtəlif xüsusiyyətli qızlar ayrı-ayrı bölgələrdən təhsil almaq və işləmək üçün paytaxta gəlib bir yerdə yaşayacaqlar. Fərqli həyat hekayələri olan bu qızlar, tamaşaçılara güldürməklə yanaşı həyəcanda yaşadacaqlar.

    Cavid Dadaş bildirib ki, hadisələr o qədər hərəktli inkişaf edəcək ki, tamaşaçılar seriala baxmaqdan böyük zövq alacaqlar.

    Rejissor serialın artıq hazırlıqları tamamlanmaq üzrə olduğunu və ən yaxın günlərdə çəkilişlərə başlanacağını deyib.

    Yayımın nə zaman olacağı sualına isə Rejissor, "hələlik sirr qalsın" deyə cavab verib.


    Azərbaycanda yeni serial – “BADAMBURA” - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər