"Azad Rəhimovun oğlunun məzəsinə görə milləti zülmə salıblar" - “Formula 1”ə görə narazılıq

"Azad Rəhimovun oğlunun məzəsinə görə milləti zülmə salıblar" - “Formula 1”ə görə narazılıq
  • Cəmiyyət / Manşet

  • "Azad Rəhimovbun oğlunun xobbisinə görə ölkədə bu qədər narazılıq yaradıblar. Təəssüflə qeyd etməliyəm ki, əksəriyyətin narazılığı ölkə başçısına yönəlib".

    Asiya.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, Azərbaycanda bu cür işlərin arxasında oliqarxlar dayanır:

    "Bu adamların əsas məqsədi pul qazanmaqdır. İnsanların narahat olması onları qətiyyən maraqlandırmır. Digər tərəfdən də, çalışırlar ki, bütün narazılıqlar Prezidentə yönəlsin. Formula yarışı məzələnmə kimi bir şeydir. Azad Rəhimovun oğlunun məzəsinə görə, milləti zülmə salıblar. Bunlar nə etmək istəyirlər? Düşünürəm ki, artıq hər şey dövlətçiliyin əleyhinə gedir. Artıq dövləti, xalqı fikirləşən yoxdur".

    "Azad Rəhimovun oğlunun məzəsinə görə milləti zülmə salıblar" - “Formula 1”ə görə narazılıq

    Partiya sədri onu da nəzərə çatdırıb ki, vəzifəli şəxslərin sərvəti ilə bağlı araşdırma aparılmalıdır: "Araşdırma aparmaq lazımdır ki, bu adamlar milyonları necə toplayıb. Özü də kimsə vəzifədən gedəndən sonra yox, vəzifə başında olduğu zaman hər şey ortaya çıxmalıdır. Bu qədər cəzasızlıq bu adamların daha da harınlaşmasına səbəb olub. Dostbazlıq, tayfabazlıq ölkəni bərbad günə qoyub. Amma mən düşünürəm ki, bu, çox uzun çəkməyəcək.

    Azad Rəhimovla bağlı bir çox məsələləri açmıram, amma bu adamlar özlərini yığışdırmasalar. hər şeyi ortaya qoyacağam. Onun ətrafındakı adamların bir axşam yeməyinə, bir şampana xərclədikləri pulla on ailə bir ay dolanar. Belə biabırçılıq olmaz. Ətraf ölkələrdə baş verənlərdən nəticə çıxarılmalıdır. Azad Rəhimovun və digər nazirlərin övladlarının ərköyünlüklərinə qarşı tədbir görülməlidir".
    PAYLAŞ:

    Oxşar xəbərlər