Ukraynanın yeni I xanımı - FOTOLAR

Ukraynanın yeni I xanımı - FOTOLAR
  • Dünya / Manşet

  • Vladimr Zelenskinin Ukraynanın prezidenti seçilməsi ilə onun həyat yoldaşı Yelena Zelenskaya artıq ölkənin I ledisi oldu.

    Asiya.az xəbər verir ki, Yelena Zelenskayanın I ledi olması Ukrayna xalqının böyük əksəriyyətinin ürəyincədir. Hər kəs sosail şəbəkələrdə onun gözəlliyini müzakirə etməyə başlayıb.

    Yelena və Vladimr orta məktəbdə paralel sinifdə oxuyublar. Ancaq onların tanışlığı tələbəlik vaxtlarına təsadüf edib. Həmin vaxt Vladimr Krivorojskidə yerləşən İqtisadiyyat Universitetinin hüquq fakültəsinin, Yelena isə Texniki Universitetin inşaat fakültəsinin 1-ci kursunda təhsil alırdılar.

    Toya qədər cütlük 8 il görüşüblər. 2008-ci ildə isə onların toyu olub. Hazırda onların 2 uşağı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.

    Ukraynanın I ledisi həmişə gözdən uzaq həyat tərzi sürməyə üstünlük verib. Onun sosial şəbəkələrdə heç bir şəxsi səhifəsi yoxdur. Elena dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Hətta Ukrayna telekanallarının birinə əvvəl müsahibə verən Zelenskaya həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq nəticədə gələcəyin prezidentinin qərarı ilə razılaşaraq, seçimlər ərəfəsində bütün görüşlərdə həyat yoldaşının yanında olub.

    Vladimr və Yelena artıq 21 ildir ki, evlidirlər və bir-birilərinə qarşı sevgilərinin və hislərinin əsla azalmadığını bəyan etməkdən çəkinmirlər.


    Ukraynanın yeni I xanımı - FOTOLAR
    Ukraynanın yeni I xanımı - FOTOLAR
    Ukraynanın yeni I xanımı - FOTOLAR
    Ukraynanın yeni I xanımı - FOTOLAR
    Ukraynanın yeni I xanımı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər