Asiya.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.
F.Mustafa əlavə edib ki, hamının imkanları eyni olmadığı üçün birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqları nəzərə alınmalıdır:
"Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir".