Təranə Qumral Nazənini lənətlədi: "Allah bəlasını versin!"

Təranə Qumral Nazənini lənətlədi:
  • SƏNƏT

  • Təranə Qumral məhkəmə aralarında yaşanan məhkəmə qalmaqalının yenidən gündəmə gətirilməsindən qəzəblənərək Nazənini lənətləyib.

    Asiya.az xəbər verir ki, "Hər şey daxil" verilişinə telefon vasitəsilə açıqlama verən ifaçı mövzunun müzakirə olunmasına, xüsusilə də Nazəninin vəkili Heyrat Qarayevin "Məhkəmənin hökmü ilə məhkumluq adını aldı" sözlərinə etiraz edib:

    "Allah onun bəlasını versin ki, 5 il əvvəl olan söhbəti hər dəfə çıxıb yeniləyir. Dünəndən telefonlarım susmur. O qədər zəng gəldi ki, sən həbs edilmisən? Bizim işimiz məhkəmədə bitmiş hesab edilir".

    Təranə Qumral Nazənindən üzr istəməyəcəyini deyib:

    "Məhkəmənin qarşı tərəfdən üzr istəmə qərarını pul cəriməsi ilə əvəzləyəcəm. Üzr istəmədiyimə görə dövlət pul cəzası kəsib. Cərimə qərarının məktubu mənə gəldikdən sonra, gedib pulumu ödəyəcəm".

    Xatırladaq ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “Bazar səhəri” (ANS) verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər