“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…“

“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar…“
  • Sosial

  • “Konstitusiya” Araşdırmalar Fondu Avropa Ittifaqı və BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı çərçivəsində “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsini icra edilir.

    Layihənin məqsədi hökumətin Azərbaycanda qadınların ödənişsiz qayğı, məişət işinin, əməyin dəyərləndirilməsini təmin edən, ev təsərrüfatında və ailədə öhdəliklərin bölünməsində bərabərliyi təşviq edən, əmək stajı olmayan evdar qadınların marağını nəzərə alan siyasət aparmasına yardım göstərməkdir.

    Layihə çərçivəsində 16-19 aprel tarixlərində Şəki, Qax, Zaqatala və Balakəndə 11-ci sinif şagirdləri üçün “Nikah müqaviləsi” mövzusunda məlumatlandırma sessiyası təşkil olunub. Məlumatlandırma sessiyalarında Şəki şəhəri üzrə 64, Qax şəhəri üzrə 77, Zaqatala şəhəri üzrə 74, Balakən şəhəri üzrə 63 şagird iştirak edib. Ümumilikdə, sessiylarda 278 şagird iştirak edib.

    Məlumatlandırma sessiyasında layihənin hüquqşunası Zaur Quliyev iştirakçılara Nikah müqaviləsnin mahiyyəti, onun bağlama müddəti, onun verdiyi təminatlar, bağlanması ilə əlaqədar prosedurlar və digər məsələlər üzrə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər