Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir

Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir
  • Mədəniyyət

  • ARB TV-nin “Faydalı” saat verilişinin növbəti qonağı teleaparıcı Afaq Gəncəli olub.

    Asiya.az xəbər verir ki, Sloveniya aşiqi olan teleaparıcı oradan ağız dolusu danışıb:

    “Mən heç yeri sevmirəm. Avropada yaşamaram. Ancaq Azərbaycan. İndi də o fikirdəyəm. Amma Sloveniyada yaşayaram, qayıdanda ora üçün darıxdım. Düzdü slovyan dilidi, amma rus dilinə bənzəyir deyə, hardasa tutmaq olur. Əgər biraz özünü zorlasan, o dili öyrənə bilərsən”.

    Afaq Gəncəli oradan evlilik təklifi gözləsə də, bu təklifin ona yox, başqasına gəldiyindən danışıb:

    “Mənə gəlmədi evlilik təklifi. Amma sizə bir sirr açım. Bu təklif müğənni Sevda Yəhyayevaya gəldi. Serbiyanın çox məşhur bir insanından, vətəndaşından gəldi. Toyun nə vaxt olduğunu isə deyə bilmərəm. O məni öldürəcək, amma mən bunu dedim”.

    PAYLAŞ:

    Oxşar xəbərlər