“Bir daha Bond olsam, biləyimi kəsərəm” demişdi, yenidən çəkildi - VİDEO

“Bir daha Bond olsam, biləyimi kəsərəm” demişdi, yenidən çəkildi - VİDEO
  • Mədəniyyət

  • Məşhur “Ceyms Bond” filminin növbəti seriyasında baş rolu canlandıracaq aktyorun adı açıqlanıb.

    Asiya.az xəbər verir ki, filmin bu bölümünə də Hollivudun məşhur aktyoru, 51 yaşlı Daniel Kreyq çəkiləcək. Bu barədə filmin Twitter-dəki “Ceyms Bond” hesabında məlumat paylaşılıb.

    Daniel Kreyq müsahibələrinin birində “Yenidən Ceyms Bond olsam, biləyimi kəsərəm” sözlərini səsləndirsədə, 2020-ci ilin aprelində işıq üzü görəcək ekran işində yenidən həmin obrazı canlandıracaq.

    “Ceyms Bond”un 25-ci filmində isə ötən il Fredi Merkuri obrazı ilə “Oskar” qazanan Rami Malek də rol alacaq. Rami, hekayədə mənfi obrazı canlandıracaq.


    PAYLAŞ:

    Oxşar xəbərlər