Aeroport yolunda ağır qəza: 20-dən çox yaralı - YENİLƏNİB

Aeroport yolunda ağır qəza: 20-dən çox yaralı - YENİLƏNİB
  • Manşet / Olay

  • Bakıda aerport yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində onlarla adam xəsarət alıb.

    ONA-nın yaydığı məlumata görə, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa arxadan çırpılıb.

    Son məlumatlara görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 24 nəfəri xəsarət alıb.



    19.58


    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, hadisə aeroport yolunda olub.

    Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusunun azı 10 sərnişini xəsarət alıb.

    Xəsarət alan şəxslər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər