Faiq Ağayevlə Murad Dadaşova vəzifə verildi

Faiq Ağayevlə Murad Dadaşova vəzifə verildi
  • SƏNƏT, Manşet

  • Xalq artisti Faiq Ağayev ATV-nin Bədii Şurasına üzv təyin olunub.

    Asiya.az xəbər verir ki, müğənni bu barədə məlumatı müğənni sosial şəbəkədə status yazıb. O bildirib ki, dünən şuranın ilk iclası keçirilib.

    "Əsaslı fikir mübadiləsi oldu, yaranmış problemlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi. Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”.

    Sosial şəbəkələrdə yayılan məlumata görə, digər Xalq artisti Murad Dadaşov da sözügedən Şuraya üzv seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər